Üzeyir Hacıbəylinin ev muzeyinə ekskursiya

Azərbaycan Respublikası Elm və Təhsil Naziliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 01.04.2025-ci il tarixli 3-29-59/3-2-150F/2025 nömrəli əmri əsasında “Dəyərlərimizi qoruyaq!” layihəsi çərçivəsində məktəbimizdə müxtəlif tədbirlər həyata keçirilməkdə davam edir. Milli-mənəvi dəyərlərimizin qorunması və zənginləşdirilməsi, şagirdləri bu dəyərlərə məhəbbət ruhunda tərbiyə edilməsi, tarix və mədəniyyətimizin hərtərəfli öyrənilməsi məqəsdi ilə ekskursiyalar təşkil olunur. 5b sinif şagirdləri, sinif müəllimi Y.Sofiyeva və musiqi müəllimi G.Nəsirova ilə birgə Üzeyir Hacıbəylinin ev muzeyində oldular. Dahi bəstəkar Üzeyir Hacıbəylinin şəxsi əşyaları və digər eksponatlarla yaxından tanış oldular.