“Konstitusiya və Suverenlik” mövzusunda dərs

Azərbaycan Respublikasında 2025-ci ilin “ Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı olaraq 02.05.2025-ci il tarixində məktəbin 5b sinifində “Konstitusiya və Suverenlik” mövzusunda dərs təşkil olundu. Dərs zamanı şagirdlər müstəqil və suveren dövlətə sahib olmaq, milli-mənəvi dəyərlərə, həmrəylik, humanizm, ədalət və qanunun aliliyi prinsiplərinə əsaslanan inkişaf etmiş cəmiyyət qurmaq uğrunda yüzillər boyu Azərbaycan xalqının apardığı mübarizəni araşdıraraq tədqiqat işləri apardılar.