"Məktəbdən karyeraya” mövzusunda təlim

25 aprel 2025-ci il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Bakı Regional Məşğulluq Filialının karyera məsləhətçisi Fərəh Babayeva tərəfindən məktəbimizdə “Məktəbdən karyeraya” mövzusunda maraqlı və interaktiv təlim keçirildi. 8-11 sinif şagirdləri əmək bazarının hazırkı vəziyyəti, müxtəlif peşə və ixtisaslar, eləcə də uğurlu peşə seçimi haqqında məlumatlar əldə etdilər. Onları maraqlandıran suallar cavablandırıldı və faydalı tövsiyələr verildi.