"Xocalı qan yaddaşım"

24 fevral 2017-ci ildə Xocalı soyqırımının 25 illiyi ilə əlaqədar olaraq liseyimizdə "Xocalı qan yaddaşım" adlı tədbir keçirildi. Tədbir 5d, 6a və 9a sinif şagirdlərinin iştirakı ilə liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi Məmmədova Səbinə tərəfindən hazırlanmışdı. Tədbir boyunca Xocalı müsibətini əks etdirən səhnəciklər, slaydlar göstərildi, şeirlər və mahnılar səsləndirildi. Tədbirdə qələbə arzusuyla yaşayan balacaların Azərbaycan əsgərinə müraciəti oldu, "Azərbaycan əsgərinə" şeiri, "Vətən çağırır" musiqisi şagirdlər tərəfindən ifa edildi. Faciə haqqında liseyimizin dördüncü sinif şagirdinin yazdığı şeir özü tərəfindən səsləndirildi. Tədbirin sonunda üçrəngli bayrağımız qələbə əzmi ilə səhnəyə gətirildi və 9a sinif şagirdləri Rzayev Əbülfəz və Rzayeva Fidan tərəfindən "Al bayrağa" şeiri səsləndirildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi