İməclik işləri aparıldı

    Xalqımızın ən əziz bayramı yaxınlaşır. Əsrlər boyunca davam edən ənənələrimizə görə ilin bu vaxtları təmizlik işləri aparılır. Bu da səbəbsiz deyil, havalar isinir, qışın, qarın, çovğunların və xəzrinin qalan izləri torpaqdan təmizlənir. Torpaq uzun yuxudan sonra yeni həyata hazırlanır. Xalqımızın milli dəyərlərini qorumaq, yaşatmaq və gələcəyimiz olan balaları bu adətlərə alışdırmaq məqsədilə hər il bayramqabağı iməclik işləri yerinə yetirilir.           Ənənəmizə sadiq qalaraq bayram ərəfəsində liseydə iməclik işləri həyata keçirildi.  Liseyin V-VII  sinif şagirdlərinin iştirakı ilə iməclik təşkil olundu. Şagirdlər siniflərdə təmizlik işləri apardılar. Qapı-pəncərələri silib təmizlədilər, şkaf və partaların tozu alındı,  divarlar silindi. Hər sinif iməclikdə öz fəalliğıyla seçilməyə çalışdı.

  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi