1 Dekabr Ümumdünya QİÇS – lə mübarizə günü

Noyabrın 29 – da “1 dekabr Ümumdünya QİÇS – lə mübarizə günü” münasibətilə məktəbdə müəllimlərin, şagirlərin iştirakı ilə dəyirmi masa keçirildi. Şagirdlər Ümumdünya QİÇS-lə mübarizə gününün yaranma tarixi, xəstəlikdən qorunmanın mümkün yolları, xəstəliyin ağır fəsadları haqqında geniş məlumatlar verdilər. İştirakçıların hazırladıqları təqdimatlarda, divar qəzetlərində, nümayiş olunan videoçarxlarda xəstəliyin profilaktikası, son illərdə statistik göstəriciləri əks etdirildi və xəstəliyin xüsusilə yeniyetmələr arasında daha çox yayıldığı dəyirmi masa iştirakçılarının nəzərinə çatdırıldı.
Məktəbin tərbiyə işləri üzrə direktor müavini Sevda Rzayeva çıxış edərək bəşəriyyətin ən böyük bəlalarından olan QİÇS – in insanların həyatına, sağlamlığına ciddi təhlükə yaratdığını vurğulayaraq, zərərli vərdişlərdən uzaq durmağın vacibliyini qeyd etdi.
Dəyirmi masa “Biz sağlam həyatı seçirik!” şüarı altında başa çatdı.