2 № - li Pedaqoji Şura

Noyabrın 29 – da məktəb pedaqoji şurasının növbəti iclası oldu. Öncə cari tədris ilində məktəbə yeni təyin olunan ibtidai sinif müəllimi, psixoloq, təsərrüfat işləri üzrə direktor müavini pedaqoji kollektivə təqdim olundu və onlara işlərində uğurlar arzulandı.

İclasda gündəlik məsələlər pedaqoji heyətin nəzərinə çatdırıldı. Keçirilən fənn aylıqlarının yekunu ilə bağlı Tarix, Coğrafiya, Fiziki tərbiyə fənn metodbirləşmələrinin hesabat məruzələri dinlənildi. Təlim – tərbiyə işləri üzrə direktor müavinlərinin “Sinif jurnallarının icra vəziyyəti”, “Məktəbdaxili fənn olimpiadaları haqqında”, “Məktəbəhazırlıq qruplarında işin təşkili və monitorinqi”, “Evdə təhsilə cəlb edilmiş şagirdlərlə işin təşkili” haqqında hesabat çıxışları oldu.

Məktəbin direktoru Tünzalə Zeynalova Ümumi orta təhsil kursu üzrə məktəbin əvvəlki işlərinin göstəricisi və qarşıda duran məsələləri geniş təhlil etdi.

İclasda müzakirə olunan məsələlər ətrafında çıxışlar oldu və müvafiq qərarlar qəbul olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi