Həmid Araslı - Qorqud Ömrü
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “Akademik Həmid Araslının 110 illiyinin keçirilməsi” barədə 25 Aprel 2019 – cu il tarixli F – 199 № - li əmrini və məktəbin fəaliyyət planının 1.1.36 – cı bəndini icra etmək məqsədilə 28 noyabr 2019 – cu il tarixində “Qorqud Ömrü” adlı dəyirmi masa keçirildi. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak etdilər.
Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Rühəngiz Cəbiyeva akademik Həmid Araslının Azərbaycan ədəbiyyatının elmi tarixindəki müstəsna xidmətlərini xüsusi vurğulayaraq geniş məruzə etdi.Dəyirmi masada şagirdlərin Həmid Araslının həyat və yaradıcılığı,elmi fəaliyyəti haqqında araşdırmaları dinlənildi. Tədbir boyuHəmid Araslı haqqında videoçarxlar nümayiş etdirildi,xüsusən alimin qızı filologiya elmləri doktoru, professor AMEA – nın müxbir üzvü Nüşabə Araslının atası haqqındakı xatirələri böyük marağa səbəb oldu.
Tədbirin sonunda məktəbin direktoru Tünzalə Zeynalova qədim və orta əsrlər ədəbiyyatı sahəsində xüsusi mövqeyə malik ədəbiyyatşünas alim kimi geniş şöhrət qazanan akademik Həmid Araslı və eləcədə xalqımızın tarixində xidmətləri olan hər bir görkəmli şəxsiyyətlər haqqında daha geniş məlumatlar əldə etməyi şagirdlərə tövsiyə etdi.