Məktəbdə sağlam sosial emosional mühitin formalaşdırılması
Noyabrın 27 – də məktəbin direktoru, tərbiyə işləri üzrə direktor müavini və psixoloqun təşkilatçılığı ilə “Məktəbdə sağlam sosial emosional mühitin formalaşdırılması” mövzusunda maarifləndirici tədbir keçirildi.
Çıxış edənlər son zamanlar dünyanın bütün ölkələrinin təhsil müəssisələrində müşahidə olunan ən qabarıq problemlərdən biri təhsilalanların təzyiq və aqressiv davranışların hədəfinə çevrilməsindən, insan hüquqlarından, milli – mənəvi dəyərlərdən, azadlıq, digərlərinə hörmət, ayrı seçkiliyə yol verməmək, dözümlülük və ədalət prinsiplərindən, bullinq davranışlarının əsas komponentlərindən, bullinqin növləri və bullinq davranışlarının əsas təsirindən, məktəbdə bu cür halların qarşısının alınmasından və valideynlərin bullinq əleyhinə töhfə vermələrindən danışdılar.
Tədbir boyu videoçarxlar və müvafiq slaydlar nümayiş etdirildi.
Sonda şagird və valideynləri düşündürən suallar cavablandırıldı.