IX sinif şagirdlərinin inkişaf dinamikasının izlənilməsi
Məktəbin fəaliyyət planının 1.1.33 bəndinə müvafiq olaraq tədris ilinin əvvəlindən IX siniflərdə təlim nəticələri zəif olan şagirdlər üçün ana dili, riyaziyyat, ingilis dili fənləri üzrə xüsusi proqram əsasında əlavə məşğələlər təşkil olunmuşdur. Şagirdlərin təlim nəticələrinin yüksəldilməsi, IX sinif şagirdlərinin buraxılış imtahanlarında uğurlu nəticələr əldə etməsi üçün təşkil olunan əlavə məşğələlərdə yiyələndikləri bilik və bacarıqları öyrənmək məqsədilə noyabrın 26 – da məktəb rəhbərliyi təqdim olunan proqram əsasında yazı işi keçirdi. Hər üç fənn üzrə açıq və qapalı tipli test sualları müəyyən olunmuş zaman çərçivəsində cavablandırıldı.
Şagirdlərin sərbəst işi təmin olundu.