Mikayıl Müşfiq yaradıcılığına həsr edilmiş dəyirmi masa

12 aprel 2016-cı il tarixində məktəbdə Mikayıl Müşfiq yaradıcılığına həsr edilmiş “Bədr olmamış hilalım var” adlı dəyirmi masa keçirildi. Tədbirdə məktəbin direktoru T.H.Zeynalova və 20-yə yaxın müəllim heyəti iştirak etmişdir. Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Mahmudova Həlimə müəllimə repressiya illərindən danışaraq bildirdi ki, Mikayıl Müşfiq az yaşadığı zamanda çox iş görüb. O, yaradıcılığında bütün mövzulara toxunub. Başqa xalqlardan tərcümələr edib. Amma onun yaradıcılığının şah damarı məhəbbət mövzusu olmuşdur. Həyat yoldaşı Dilbərə olan sevgisi əsərlərində öz əksini tapmışdır. Müşfiq rolunda 7-b sinif şagirdlərindən Rəvan Ağazadə, Dilbər rolunda Əzizli Aysu çıxış ediblər. Şagirdlərin ifasında Müşfiqin şeirləri dinlənildi. XI sinif şagirdi Kamal Daşdəmirov Müşfiqin “Rəssam şəklini çək...” şeirini çox gözəl ifa eledi. Şairin sözlərinə yazılmış mahnılar səsləndirildi. Mahnılar Gülağa Məmmədov, Elmira Rəhimova, Eyyub Yaqubov, Şəmistanın ifasında səsləndirildi. Nakam şairin həyatına həsr olunmuş səhnələr şagirdlərin ifasında göstərildi. Şagirdlərin ifasında “Oxu,tar” , “Yenə o bağ olaydı ” , “Həyat sevgisi”, “Ana” , ”Ata” , ”Necə əl çəkim” , “Romantikam” və.s şeirlər dinlənildi.Sonda tədbirin təşkilatçısı Qurbanov Sədaqət şairin keçdiyi keşməkeşli həyat yolu haqqında məlumat verdi.Məktəbin direktoru Tünzalə xanım Zeynalova tədbirin təşkilatçılarına öz təşəkkürünü bildirdi. Belə tədbirlərin şagirdlərin bir insan kimi müsbət tərəfdən formalaşmasına təkan verəcəyini bildirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi