IX sinif valideynlərinin rəy və təklifləri

2019/2020 – ci tədris ilinin əvvəlindən IX  sinif şagirdlərinin bilik və bacarıqlarının müəyyənlişdirilməsi, inkişaf etdirilməsi istiqamətində məktəbdə müxtəlif səpgidə işlər görülməkdədir. Məktəbin fəaliyyət planında nəzərdə tutulduğu kimi ümumvalideyn iclası keçirilərək valideynlər arasında buraxılış, imtahan fənləri və imtahanın keçiriləcəyi vaxt barəsində maarifləndirici söhbət aparıldı. Həm məktəb rəhbərliyi, həm də BŞTİ – nin təşkilatçılığı ilə  keçirilmiş diaqnostik imtahan nəticələri təhlil olunaraq görüləcək işlər müəyyənləşdirildi.

Noyabrın 18 – də IX sinif  valideynləri ilə növbəti görüş keçirildi. Valideynlər  arasında anket sorğusu aparıldı. Valideynlər rəy  və təkliflərini bildirərək məktəb rəhbərliyinin IX siniflərin buraxılış imtahan fənlərindən təlim nəticələrinin artırılması, inkişaf etdirilməsi istiqamətində gördüyü işləri dəstədiklərini bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi