Milli dirçəlişdən qüdrətli dövlətçiliyə

Noyabrın 16 – da millət vəkili Qənirə Paşayevanın iştirakı ilə “Milli dirçəlişdən qüdrətli dövlətçiliyə” adlı tədbir keçirildi.

Tədbirdə şagirdlərin ifasında musiqi nümunələri ifa edildi.

Çıxış edən millət vəkili Qənirə Paşayeva XX əsrin 80 – ci illərin sonunda Azərbaycan xalqının siyasi oyanışı, siyasi proseslərdə fəal iştirakının 1990 – cı ilin yanvar hadisələrindən sonra keyfiyyətcə yeni hərəkata milli azadlıq hərəkatına çevrilməsindən, Vətənimizin qazandığı istiqlaliyyət yolundan danışaraq şagirdlərə vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində öz tövsiyələrini bildirərək geniş və məzmunlu çıxış etdi.

Sonda şagirdlərdə mütaliə bacarığının formalaşdırılmasında mütaliənin rolunu vurğulayaraq hər bir şagirdə kitab hədiyyə edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi