Milli Dirçəliş günü

Noyabrın 15 – da məktəbdə “17 Noyabr Milli Dirçəliş günü” həsr olunmuş “Dəyirmi Masa” keçirildi. Tədbirdə müəllimlər, şagirdlər və valideynlər iştirak etdilər. Dövlət himninin səslənməsindən sonra tədbiri göriş sözü ilə açan məktəbin tarix müəllimi Gülsüm Abdullayeva Müstəqil Azərbaycanın dövlət səviyyəsində qeyd etdiyi bayramlardan biri olan Milli Dirçəliş gününün xalqımızın milli azadlıq hərəkatının başlanğıcı kimi önəmindən danışdı, Azərbaycan xalqının öz azadlığı və müstəqilliyi uğrunda mübarizəyə qalxmasını, heç bir qüvvənin xalqın əzmini qıra bilmədiyini bildirdi. Belə bir ağır vəziyyətdə xalqımızn böyük oğlu, ümummilli lider, müdrik dövlət xadimi Heydər Əliyevin özünün bütün varlığı ilə vətəninə, öz doğma millətinə bağlı olduğunu bir daha sübut edərək, bu ağır həm də şərəfli missiyanı öz üzərinə götürdüyunu tədbir iştirakçılarının diqqətinə çatdırdı.

Dəyirmi masa 8 – ci sinif şagirdlərinin hazırladıqları məlumatların, şeir və mahnıların təqdimatı, ifa etdikləri musiqi parçaları ilə davam etdirildi.

Sonda Milli Azadlıq Hərəkatının  tarixi əhəmiyyətindən bəhs edən videoçarx nümayiş etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi