Konstitusiya Günü

Noyabrın 12 – də məktəbdə Konstitusiya gününə həsr olunmuş Dəyirmi Masa keçirildi. Dövlət himninin səslənməsi ilə başlanan tədbir şagirdlərin Azərbaycan Konstitusiyası ilə bağlı hazırladıqları təqdimatlarla davam etdirildi. Şagirdlər dövlətçilik, vətənpərvərlik mövzusunda şeirlər söylədilər. Azərbaycan Respublikasının Konstitusiyasına müəyyən dövrlərdə edilmiş dəyişikliklərlə bağlı slaydlar tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı və münasibət bildirildi.

Tədbirin sonunda məktəbin direktoru Tünzalə Zeynalova bütün iştirakçıları Konstitusiya günü münasibətilə təbrik edib, onlarada dövlətə, vətənə layiqli vətəndaş kimi yetişib xidmət etməyi tövsiyə etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi