Milli iftixarımız – zəfər bayrağımız

Noyabrın 7 – də məktəbdə “9 Noyabr Dövlət Bayraq günü”nə həsr olunmuş “Milli iftixarımız – zəfər bayrağımız” adlı ədəbi – bədii tədbir keçirildi. Tədbirdə müəllimlər, valideynlər və şagirdlər iştirak etdi. Şagirdlərin ifasında bayraq mövzusunda yazılmış şeirlər, mahnılar səsləndi. Torpaqlarımızın azadlığı uğrunda igidlik göstərən əsgərlərin qəhrəmanlığına həsr olunmuş səhnəciklər tamaşaçılar tərəfindən maraqla qarşılandı.

Tədbir boyu nümayiş etdirilən videçarxlarda Dövlət bayrağının şərəfli tarixindən söz açıldı.

Məktəbin direktoru Tünzalə Zeynalova bütün tədbir iştirakçılarını “Bayraq günü” münasibətilə təbrik etdi, tədbirin maraqlı və məzmunlu keçirilməsində əməyi olan müəllim və şagirdlərə təşəkkürünü bildirərək onlara təhsil uğurları arzuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi