Diaqnostik qiymətləndirmə
Oktyabrın 26 – da Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə şagirdlərin təlim nəticələrinin təhlilinə əsasən mövcud problemlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi məqsədilə məktəbdə V siniflərdə Ana dili, riyaziyyat və ingilis dili fənləri üzrə diaqnostik qiymətləndirmə aparıldı.
Qiymətləndirmənin şəffaf və təlimata uyğun keçirilməsi məqsədilə məktəb rəhbərliyi tərəfindən hər bir sinif üzrə məsul şəxslər, həmçinin qeyri fənn müəllimlərindən ibarət nəzarətçilər müəyyənləşdirildi.
Diaqnostik qiymətləndirmə bitdikdən sonra cavab kartları yığılıb məsul şəxsə təhvil verildi.