Valideynlərlə sanitar maarifləndirici görüş

Oktyabrın 23 – də məktəbin illik fəaliyyət planının 1.4.5 bəndinə uyğun olaraq valideynlərlə “Şagirdlərin Parazitar xəstəliklərə qarşı profilaktikası” mövzusunda maarifləndirici tədbir həyata keçirildi.
Tədbirdə geniş və əhatəli çıxış edən məktəbin həkimi Mirzəyeva Ülviyyə Mirələm qızı parazitar xəstəlikləri, xarakteri və bu sahədə mövcud problemlər, onların aradan qaldırılması yollarından məlumat verdi.
Məktəbin tibb bacısı Daşdəmirova Yeganə Ələsgər qızı respublikada parazitar xəstəliklərə qarşı görülən işlərdən danışdı.
Sonda valideynləri maraqlandıran suallar cavablandırıldı.