Nəsimi Dühası - 650 il

Oktyabrın 21 – də Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı və Binəqədi rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə prezident cənab İlham Əliyevin müvafiq sərəncamı ilə 2019-cu ilin “Nəsimi İli” elan olunması və dahi Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi ilə əlaqədar “Nəsimi dühası-650 il” adlı layihəyə başlanılıb. Layihə çərçivəsində Binəqədi rayonunun bütün tam orta məktəblərində İmadəddin Nəsiminin şəxsiyyətinə, yaradıcılığına və fəlsəfəsinə həsr olunmuş bir neçə nominasiya üzrə - musiqi, bədii qiraət, rəsm nümunələrinin nümayiş etdirilməsi nəzərdə tutulub. Bütün tam orta məktəblər üzrə tədimatlar nümayiş olunduqdan sonra hazırlanmış tamaşaların əsasında final tədbirinin və öncədən təsdiq edilmiş münsiflər heyətinin qərarına əsasən mükafatlandırılma mərasiminin keçirilməsi planlaşdırılır.
Təsdiq edilmiş qrafikə uyğun olaraq layihədə ilk olaraq 126, 244 və 283 nömrəli tam orta məktəblərin birgə təşkilatçılığı ilə 283 nömrəli tam orta məktəbin akt zalında “Cahana sığmayan şair” adlı tədbir keçirildi.

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev, YAP Binəqədi rayon təşkilatının Aparatının rəhbəri Sevinc Abdullayeva, məsul əməkdaşlar, 283 nömrəli tam orta məktəbin direktoru Tünzalə Zeynalova, məktəbin pedagoji və şagird heyəti iştirak edib.

Tədbiri giriş sözü ilə açan 283 nömrəli tam orta məktəbin direktoru Tünzalə Zeynalova hər kəsi salamaldı. Tədbirin hazırlanması haqqında məlumat verdi.
Tam orta məktəblərin şagirdlərinin ifasında müxtəlif qəzəllər ifa edildi, musiqilər səsləndirildi, Topal Teymurla Nəsiminin dialoqunun əks olunduğu kompozisiya nümayiş etdirildi.
Tədbirdə nitq söyləyən YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov iştirak edən tam orta məktəblərin rəhbərliyinə, kollektivlərinə, şagirdlərə minnətdarlığını bildirdi.

Tədbirin sonunda xatirə şəkli çəkdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi