Müstəqilliyimiz milli sərvətimizdir

Oktyabrın 18 – də məktəbin UBTR Samirə İbrahimovanın təşkilatçılığı ilə  “18 oktyabr Dövlət  Müstəqillik Günü”nə həsr edilmiş  “Müstəqilliyimiz milli sərvətimizdir” adlı dəyirmi masa keçirildi. Dövlət himninin səslənməsindən sonra məruzə edən Samirə İbrahimova bu günün  mühüm tarixi  əhəmiyyətindən danışdı, Ümummilli lider Heydər Əliyevin zəngin siyasi təcrübəsinin, yüksək idarəçilik bacarığının, vətənə olan tükənməz sevgisinin Azərbaycanın dövlət müstəqilliyinin bugünkü uğurları üçün təməl olduğunu vurğuladı.

Dəyirmi masa 6 – cı sinif şagirdlərinin hazırladıqları divar qəzetləri və təqdimatların nümayişi, məlumatların, şeir və mahnıların təqdimatı ilə davam etdirildi.

Sonda “18 oktyabr Dövlət Müstəqillik Günü”nə həsr olunmuş videoçarx nümayiş olundu.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi