Fəxri Fərman

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən 5 oktyabr-Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş təntənəli tədbir keçirilib.

Tədbirdə BŞTİ-nin müdiri Rəşad Tağıyev, idarənin müvafiq struktur bölmə rəhbərləri, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Bakı şəhəri rayon Komitələrinin sədrləri, məktəb direktorları, müəllimlər, şagirdlər, məzunlar və media nümayəndələri iştirak ediblər.

Mərasim Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Tədbir iştirakçılarını salamlayan BŞTİ-nin müdiri Rəşad Tağıyev qarşıdan gələn Beynəlxalq Müəllimlər Günü münasibətilə həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərini təbrik edib və onlara fəaliyyətlərində uğurlar arzulayıb.

Mərasimdə uğurlarına və səmərəli fəaliyyətinə görə məktəb direktorları, müəllimlər, şagirdlər və məzunlar mükafatlandırılıb.

Məktəbin direktoru Tünzalə Zeynalova təhsil müəssisəsinin idarə olunmasında yüksək fəaliyyətinə və idarəçilik səriştəsinə, gənc nəslin təlim – tərbiyəsində əldə edilmiş yüksək nəticələrə görə Fəxri Fərmanla təltif edilib.

Məktəbin pedaqoji kollektivi adından təbrik edirik və uğurlar diləyirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi