Beşyaşlılar

Oktyabrın 1 – də 5 yaşlı uşaqların ödənişsiz əsaslarla məktəbəhazırlıq qruplarına hazırlıqlarına start verildi.

2019 – 2020 – ci tədris ilində məktəbdə Azərbaycan bölməsi üzrə dörd qrupda 110 nəfər 5 yaşlıların elektron ərizələri təsdiq edilmişdir.

Məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaq, onların ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etməkdən ibarətdir.

İlk məşğələ günü məktəb rəhbərliyi 5 yaşlılar və onların valideynləri ilə görüşdü. Məktəbin direktoru Tünzalə Zeynalova 5 yaşlıları təbrik edərək onlara gələcək təhsil həyatında uğurlar arzuladı.

Qədəmləriniz mübarək, əziz balalar!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi