IX siniflərin valideynləri ilə görüş

Sentyabrın 27 – də məktəb rəhbərliyi, fənn müəllimləri və valideynlərin birgə görüşü keçirildi. Məktəbin direktoru Tünzalə Zeynalova yeni tədris ilində IX siniflərin komplekləşməsi, ötən tədris ilində ümumi orta təhsil kursu üzrə təhsil alan şagirdlərin təlim göstəriciləri, yeni tədris ilində ötən ilki təcrübəyə əsaslanaraq bu istiqamətdə valideyn və müəllimlərin qarşısında duran vəzifələr haqqında və təhsilin ən dayanıqlı bünövrəsi olan valideyn-məktəb, məktəb-müəllim, məktəb-şagird üçbağının əhəmiyyətindən danışdı. Məktəbdə buraxılış imtahanlarına düşən fənlər üzrə şagirdlərin təlim keyfiyyətinin artırılması üçün fənn müəllimləri öz səy və bacarıqlarını əsirgəməyəcəklərini qeyd etdilər. Valideynlər onları maraqlandıran məsələlərlə bağlı suallarla məktəb rəhbərliyinə, fənn müəllimlərinə müraciət etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi