Valideyn iclası

Sentyabrın 21 – də I – VIII siniflər üzrə valideyn iclasları keçirildi.
Valideyn iclaslarında məktəb rəhbərliyi, sinif rəhbərləri və fənn müəllimləri iştirak etdi.
İclasda şagirdlərin dərsliklərdən düzgün istifadəsi, məktəbin daxili nizam – intizam qaydalarına əməl edilməsi, məktəb – valideyn münasibətlərindən, tədris prosesində valideynlərin iştirakının artırılmasından, şagirdlərin mütaliə vərdişlərinin formalaşdırılmasından danışıldı və valideynlər cari tədris ilinin fəaliyyət planı ilə tanış edildi.
Sonda valideynləri maraqlandıran suallar cavablandırıldı.