Bilik günü

Sentyabrın 16 – da məktəbdə ənənəvi “Bilik günü” tədbiri keçirildi. Tədbirdə Binəqədi Rayon İcra hakimiyyətinin əməkdaşı Ziba Nəcəfova, Azərbaycan Respublikası Təhsil İnstitutunun əməkdaşı  məktəbin məzunu Tofiq Sadıxov, müəllim və valideyn heyəti iştirak etdi.

Tədbir Təhsil Nazirinin əmrinə əsasən 800 – da Dövlət himninin səslənməsi  ilə başlandı. Giriş sözü ilə çıxış edən məktəb direktoru Tünzalə Zeynalova 2018 – 2019 – cu tədris ilində məktəbdə təlimin keyfiyyətinin artırılması istiqamətində görülən işlər, əldə edilmiş nailiyyətlər və istiqamətlərdən danışdı. Binəqədi Rayon İcra Hakimiyyətinin əməkdaşı Ziba Nəcəfova məktəbə ilk dəfə qədəm basan birinciləri və onların valideynlərini, bütün pedaqoji heyəti Binəqədi rayon İcra Hakimiyyəti adından təbrik etdi və təhsilə olan dövlət qayğısından danışdı.  Məktəbin məzunu Azərbaycan İncəsənət Universitetinin tələbəsi, gənc qiraətçi Fərid Bağırov Nəsimi qəzəllərindən nümunələr söylədi.

Məktəbə ilk dəfə qədəm qoyan balaca fidanlar şeirlər söyləyib Vətənə, məktəbə, elmə olan sevgilərini ifadə etdilər.

Sonda birincilər üçün ilk zəng çalındı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi