1 № - li Pedaqoji Şura

Sentyabrın 13 – də məktəbdə 2019 – 2020 – ci tədris ilinin 1 № - li Pedaqoji Şura iclası keçirildi. İclasda məktəb direktoru Tünzalə Zeynalova 2019 – 2020 – ci tədris ilinin fəaliyyət istiqamətlərini pedaqoji şura üzvlərinə çatdırdı. İclasda yay tədris tapşırıqlarının yerinə yetirilməsi və nəticələri haqqında, X siniflərin komplektləşməsi, X təmayül sinfində təmayül istiqamətinə uyğun əlavə BSQ – lərin keçiriləcəyi fənlər, yeni tədris ilində müəllimlərin dərs yükünün, dərs cədvəlinin təsdiqi, fənn metodbirləşmə rəhbərlərinin təsdiqi ilə bağlı məsələlər haqqında ətraflı məruzələr, çıxışlar oldu və müvafiq qərarlar qəbul olundu.  Kitabxana müdiri şagirdlərin dərsliklərlə təminatı vəziyyəti ilə bağlı pedaqoji şura üzvlərini məlumatlandırdı.

Sonda məktəb rəhbərliyi fənn müəllimlərini maraqlandıran sualları cavablandırdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi