XI sinif valideynləri ilə görüş

Sentyabrın 4 – də məktəbin 2019 – 2020 – ci tədris ilində texniki və humanitar – riyaziyyat iqtisadiyyat təmayüllü XI sinif şagirdlərinin valideynləri ilə məktəb rəhbərliyinin, fənn müəllimlərinin görüşü oldu. Məktəbin direktoru Tünzalə Zeynalova yeni tədris ilinin başlanması münasibətilə valideynləri və müəllimləri təbrik edərək cari tədris ilində məktəbin fəaliyyət planı ilə tanış edib qarşıda duran vəzifələr haqqında danışdı. Məktəbdə şagirdlərin keyfiyyətli təlim – tərbiyə almaları üçün hər bir şəraitin yaradılmasından məmnunluq hissi bildirən valideynlər valideyn – şagird – müəllim münasibətlərinin düzgün qurulmasının övladlarının təhsil uğurlarının əldə olunmasında böyük rolu olduğunu qeyd etdilər.

İclasda çıxış edən fənn müəllimləri XI siniflərdə təmayül istiqamətinə uyğun fənlər üzrə dərs proqramları haqqında ətraflı danışdılar.

Sonda sinif rəhbərləri şagirdlərin dərsliklərlə təmin olunması ilə bağlı məlumat verdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi