6 № - li Pedaqoji Şura

İyunun 27 – də məktəbdə növbəti pedaqoji şura iclası keçirildi.

İclasda məktəb rəhbərliyinin 2018 – 2019 – cu tədris ilində prioritet istiqamətlərin yerinə yetirilməsi, ümumi orta təhsil pilləsi üzrə buraxılış imtahanlarının nəticələrinin əvvəlki illə müqayisəli təhlili, tam orta təhsil pilləsi üzrə buraxılış imtahanlarının nəticələri, evdə təhsilə cəlb edilmiş şagirdlərlə aparılan işlər  2019 – 2020- ci tədris ili üçün ilkin dərs bölgüsü, sinif jurnallarının işlənmə vəziyyəti, məktəbdə kitab fondunun qorunub saxlanması və mütaliə aylıqlarının keçirilmə vəziyyəti, məktəbin tədris – texniki təchizatı, təsərrüfat fəaliyyəti sahəsində görülən işlər haqqında hesabat məruzələri dinlənildi. Məruzələr ətrafında çıxışlar oldu və müvafiq qərarlar qəbul olundu.

Pedaqoji şurada çalışmanın yaş həddinə çatşmış tarix müəllimi  Sima Camalova, ibtidai sinif müəllimi Məleykə Allahverənova, rus dili müəllimləri Sevda Aşurbəyova, Elmira Abbasova kollektivin alqışları ilə əmək təqaüdünə yola salındılar. Sonda Yeni Azərbaycan Partiyasının sıralarına qəbul olunmuş bir qrup müəllimə vəsiqələr təqdim olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi