Son zəng
İyunun 14 – də məktəbdə Son zəng tədbiri keçirildi. Tədbirdə BŞTİ – nin ümumtəhsil sektorunun müdiri Samirə Behtaşi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, Binəqədi Rayon İcra Hakimiyyətinin əməkdaşı Ziba Nəcəfova, 1 saylı Xidmət və Əməliyyat mərkəzinin müdiri Hüsniyyə İsmayılova, Təhsil İnstitutunun əməkdaşı Tofiq Sadıxov, müəllimlər və valideynlər iştirak etdilər. Çıxış edən natiqlər təhsilə olan dövlət qayğısından, təhsilalanlara keyfiyyətli təhsil şəraiti yaradılmasından, təhsil sahəsində qazanılan uğurlardan danışaraq məzunları, valideynləri və pedaqoji heyəti təbrik etdilər.
Məktəbin 48 nəfər şagirdi bu gün məzun oldu. Məzunlar doğma məktəbə, müəllimlərinə olan sevgi və hörmətini, öz ürək sözlərini bildirdilər, müəllimlərin qarşısında maraqlı proqramlarla çıxış etdilər. Tədris ili ərzində müxtəlif olimpiadaların qalibləri olmuş şagirdlər, səmərəli fəaliyyəti ilə uğurlar qazanmış müəllimlər fəxri fərman və diplomlarla təltif olundular.