Son məşğələ günü

Məktəbəhazırlıq qruplarının əsas məqsədi beş yaşlı uşaqların tədrisə hazırlıqlı başlaması, dərs prosesinə öncədən alışması, məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığının artırılması, əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırılması, onlarada müəyyən bilik , bacarıq və vərdişlərin formalaşdırılmasıdır. Bu baxımdan da məktəbdə Azərbaycan bölməsi olmaqla “A” və “B” məktəbəhazırlıq qrupları təşkil edilmişdir. 1 oktyabr 2018 – ci ildə məktəbəhazırlıq qruplarında başlanan məşğələlər 31 may 2019- cu il tarixində başa çatdı. Son məşğələ günü uşaqlar il boyu öyrəndiklərini nümayiş etdirmək məqsədilə müxtəlif kompozisiyalar hazırlamışdılar. Onlar Vətənə, hərflərə, rəqəmlər və onların xassələrinə aid müxtəlif şeirlər söyləməklə bu ildə qazandıqları bilikləri nümayiş etdirdilər. Son məşğələ günü uşaqların çıxışı məktəb rəhbərliyi və valideynlər tərəfindən maraqla qarşılandı.

Sonda məktəbin direktoru Tünzalə Zeynalova uşaqları bu prosesi uğurla başa vurduqlarına görə təbrik etdi və gələcək təhsil həyatında onlara uğurlar arzuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi