BSQ – lərə start verildi
Məktəbin 5 yanvar 2019- cu il 46 № - li əmrinə əsasən müvafiq siniflər və fənlər üzrə dərs proqramları (məzmun standartları) əsasında tapşırıqlar bankının yaradılması və BSQ – lərin təşkili nəzərdə tutulmuşdur. Həmçinin nəzarətçilərin seçilməsi, qiymətləndirmə komissiyasının yaradılması və onlarla işin təşkili, ballar və qiymətlər yazılan protokolun tərtib edilməsi və rəhbərlik tərəfindən mütəşəkkil həyata keçirmək məqsədilə təşkilat komitəsi yaradılmışdır. BSQ – lərin keçirilməsi cədvələ uyğun olaraq 30 may tarixindən məktəbin IV – XI sinifləri üzrə Ana dili, İngilis dili və riyaziyyat fənlərindən BSQ – lərin keçirilməsinə start verilmişdir. Həmin siniflərdə dərs deməyən və qeyri – ixtisas fənn müəllimlərindən ibarət nəzarətçilər verilmiş tapşırıqların yüksək səviyyədə şəffaflıq şəraitində yerinə yetirilməsini təmin etmiş, məktəb rəhbərliyi işin gedişatına ciddi nəzarət etmişdir.
Qrafikə uyğun olaraq IV, IX və XI siniflərdə digər fənlər üzrə də BSQ – lər keçiriləcəkdir.