28 May Respublika Gününə həsr edilmiş oxuma – anlama bacarıqları

IV sinif şagirdlərinin oxuma – anlama, sərbəst fikir yürütmə bacarıqlarının inkişaf dinamikasının izlənilməsi məqsədilə tədris ilinin əvvəlində başlanılan qiymətləndirmə mayın 27 – də yekun qiymətləndirmə ilə sona çatdı. Məktəb rəhbərliyi tərəfindən aparılan yekun qiymətləndirmədə şagirdlər, bu gün respublikamızın hər yerində təntənəli şəkildə qeyd olunan, öyrənilən, yenidən yaşanan və ölməzlik qazanan, “28 May Respublika Günü” ilə bağlı mətnlə ilə tanış oldular. Onlar Azərbaycan Xalq Cumhuriyyətinin yaranma tarixini, müstəqilliyi və qanı bahasına alınmış azadlığı qorumaq yolunda xalqımızın nə qədər təzyiqlərə məruz qaldığını, lakin azadlıq aşiqlərinin gərgin əməyi və mübarizəsi sayəsində əsrin sonunda Azərbaycanın müstəqilliyini qoruyub saxlamanın mümkün olduğu barədə məlumatlandırıldıqdan sonra mövzuya aid tərtib edilmiş  10 açıq tipli sualı cavablandırdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi