Azərbaycan Xalq Cumhuriyyəti – dövlətçilik tariximiz!
Mayın 27 – də məktəbdə şagird qəbulu zamanı Xalq Cumhuriyyətinin yaranmasının 101 – ci ildönümünə həsr edilmiş tədbir keçirildi. Tədbir Dövlət Himninin səslənməsi ilə başladı.
Çıxış edən müəllimlər Şərqin ilk parlamentli respublikasının yaranmasından, fəaliyyətindən, milli hökumətin süqutundan, 1918 – ci ildən başlayan istiqlalımızın bu günündən – müasir Azərbaycan Respublikasının inkişaf tarixində Ulu Öndərin dövlətçilik siyasəti və uğurla davam etdirilməsindən danışdılar.
Məktəblilərin ifasında şeirlər dinlənildi, fləşmob nümayiş etdirildi.
İstedadlı şagirdlər asfalt üzərində təbaşirlə dövlət rəmzlərinin simvollarını təsvir etdilər.
Birinci saat dərslər AXC – nin yaranmasına həsr edildi.