Valideynin məktəbdə bir günü

Valideynlərin övladlarının təhsil aldıqları məktəb ilə yaxından tanışlığının təmin olunması, istər infrastruktur, istərsə də, tədris prosesinin  təşkilinin təkmilləşdirilməsi istiqaməti  üzrə rəy və təkliflərin əldə edilməsi, qeyri – formal  mühitdə məktəbin pedaqoji heyəti  və texniki  işçi  kollektivi  ilə ünsiyyətin yaradılması  və BŞTİ – nin 28.01.2019 – cu il tarixli F.66 № - li əmrinin icrası məqsədilə mayın 23 – də Bakı şəhəri 283 № - li tam orta məktəbdə “Valideynin məktəbdə bir günü” layihəsi yerinə yetirildi.

Tədbirin rəsmi hissəsini  məktəbin direktoru  Tünzalə Zeynalova  açaraq təhsil müəssisəsinin  2018 – 2019 – cu tədris  ilində təhsil sahəsində görülən işlərdən, uğurlardan və valideyn məktəb münasibətlərindən danışdı.

 Sonra valideynlər məktəbdə II – XI siniflərdə təşkil  edilmiş dərslərdə iştirak etdilər. Dərslərdən sonra valideynlər üçün seminarlar təşkil edildi.

 Növbəti mərhələdə valideynlər məktəblə əyani tanış olmaqla yanaşı şagirdlərin əl işləri ilə yaxından maraqlandılar.

 Sonda məktəbin şagirdlərinin hazırladıqları bədii hissə - şeir və mahnılar nümayiş etdirildi.

 Valideynlər məktəbədən xoş təəssüratlarla ayrıldılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi