İnsan hüquqlarının müdafiəsi

Mayın 22 – də məktəb kitabxanasında “İnsan Hüquqlarının Müdafiəsi” mövzusuna həsr edilmiş konfrans keçirildi.

Mayın 18 – dən iyunun 18 – dək ölkədə “İnsan Hüquqları Aylığı”nın keçirildiyi şagirdlərin diqqətinə çatdırıldı. Həmçinin, insan və vətəndaş hüquq azadlıqlarının qorunması, ona əməl edilməsi, pozulmuş hüquqların bərpası və digər məsələlərinə toxunuldu.

Konfransda şagirdlər insan hüquqları, hüquq bərabərliyi üzərində qurulmuş multikulturalizm dəyərlərini təbliğ edən mövzularada çıxışlar etdilər.

Eyni zamanda insan hüquq və azadlıqlarına həsr olunmuş videoçarx konfrans iştirakçılarına təqdim olundu.
 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi