İnsan hüquqlarının qorunması milli birliyin müqəddəs rəmzidir

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 18 iyun 2007 – ci il tarixli Sərəncamı ilə iyunun 18 – i ölkədə “İnsan hüquqları Günü” kimi qeyd olunur. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilin təşəbbüsü ilə mayın 18 – dən iyunun 18 – dək respublikamızda “İnsan Hüquqları Aylığı” elan edilmişdir.

Mayın 21 – də aylıq çərçivəsində  “İnsan hüquqlarının qorunması milli birliyin müqəddəs rəmzidir” mövzusunda dəyirmi masa keçirildi.

Tədbirdə çıxış edən məktəb rəhbərliyi və müəllimlər Azərbaycanda insan hüquqları sahəsində ötən dövrdə əldə edilmiş uğurlardan, insan hüquq və azadlıqlarının təmin edilməsinin dövlətin ali məqsədi olmasından və məktəblilər arasında maarifləndirmə işlərinin aparılmasının əhəmiyyətindən danışdılar.

Tədbir boyu videoçarxlar nümayiş etdirildi, şagirdlərin hazırladıqları referatlar və şeirlər dinlənildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi