Şagirdlərdə azərbaycançılıq ideologiyasının tərbiyəsi
Mayın 16 – da məktəbdə TN – nin sərəncamı ilə təsdiq edilmiş (15.01.2019) F-18 № - li əmrinə əsasən “Azərbaycançılıq ideologiyasının fəlsəfi məna tutumu və mahiyyəti” mövzusunda maarifləndirici tədbir keçirildi.
Tədbirdə tarixi romanlar müəllifi Yunus Oğuz, yazışı – dramaturq Elçin Hüseynbəyli, 46 № - li məktəbin direktoru Sevinc Budaqova, müəllimlər, valideynlər və şagirdlər iştirak etdilər.
Çıxış edən natiqlər azərbaycançılıq ideologiyasının təməl prinsiplərindən olan mənəvi dəyərlərimizin yaşadılmasından, böyüməkdə olan gənc nəslin ölkənin ictimai – siyasi həyatında əhəmiyyətindən və milli mənlik şüurunun inkişaf etdirilməsinin vacibliyindən, onlarda vətənpərvərlik hislərinin aşılanmasında məktəbin rolundan danışdılar.
Tədbir boyu videoçarxlar nümayiş etdirildi, şagirdlərin ifasında şeirlər, mahnılar səsləndirildi.
Tədbirin sonunda maraqlı müzakirələr aparıldı. İştirakçılara müəlliflərin imzalı kitabları hədiyyə olundu.