Kiçik Akademiyanın hesabatı

Mayın 10 – da məktəbdə fəaliyyət göstərən “Kiçik Akademiya” “bu günün istedadlı şagirdini sabahın aliminə çevirək” devizi altında elmi – tədqiqat və yaradıcılığa maraqları olan istedadlı şagirdlərin üzv olduğu təbiət və texniki bölmələr üzrə növbəti tədbir keçirildi. Şagirdlərin elmi dünyagörüşünün formalaşdırılması və təfəkkürünün inkişafı istiqamətində maraqlarına uyğun olaraq elmi – tədqiqat işləri, layihələr, referatlar hazırlayaraq elmi məruzələrlə çıxış etdilər.

“Kiçik Akademiya”nın üzvlərinin hesabatı dinlənildikdən sonra Sabahın Alimləri VIII Respublika müsabiqəsinin qalibi, 12 – 17 may 2019 – cu il tarixində ABŞ – da keçiriləcək İntel İSEF Beynəlxalq Elm və Mühəndislik sərgisində iştirak edəcək məktəbin X sinif şagirdi Reyhan Camalova öz təcrübəsindən danışdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi