Mənalı ömrün izi ilə
Mayın 10 – da məktəbdə Ulu Öndərin xatirəsinə hörmət və ehtiramla “Mənalı ömrün izi ilə” adlı dəyirmi masa keçirildi. Tədbirdə məruzə edən məktəbin tarix müəllimi Şəfiqə Tağıyeva dövrünün ən böyük azərbaycanlısı Heydər Əliyevin gənc nəslə nümunə olan şərəfli ömür yolundan, Vətənimiz qarşısında tarixi xidmətlərindən, müstəqillik dövründə Azərbaycana rəhbərlik edərkən ordu quruculuğuna verdiyi önəmdən danışdı.
Şagirdlərin hazırladıqları təqdimatlar və videoçarxlar tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı.
Sonda məktəbin direktoru Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə onun apardığı daxili və xarici siyasətindən və bu siyasi xəttin Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, Heydər Əliyev Fondunun yaradılması və fəaliyyətindən danışdı.