IV məntiq olimpiadası keçirildi
Şagirdlərin müxtəlif müsabiqə, bilik yarışlarına cəlb edilməsini daha da yaxşılaşdırmaq, istedadlı şagirdləri vaxtında üzə çıxarmaq, onların bacarıqlarının daha da inkişaf etdirilməsi məqsədilə mayın 4 – də məktəbdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə “Lütfi Zadə adına Məktəblilərarası IV Məntiq Olimpiadası”nın ilk turu keçirildi.
Olimpiadada V və VI sinif şagirdləri (Azərbaycan və rus bölməsi üzrə) iştirak etdilər. Saat 09:00 – da başlayıb 10:30 – da yekunlaşan olimpiadada şagirdlərin iştirakı təmin edildi.