Oxuma – anlama
Aprelin 26 – da şagirdlərdə oxuma – anlama bacarıqlarının inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi, tibb elmləri doktoru, Azərbaycan Elmlər Akademiyasının akademiki Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 96 – cı ildönümü ilə əlaqədar olaraq IV sinif şagirdləri ilə qiymətləndirmə aparıldı.
Şagirdlər əvvəlcə ülvi keyfiyyətlərə malik olan akademik Zərifə xanım Əliyevanın həyat və yaradıcılığı, mənəvi zənginliyi, tibbi etika və deontologiyaya dair baxışları haqqında məlumat əldə etdilər, müzakirələr apardılar.
Sonda mətnə aid oxuma – anlama bacarıqlarını inkişaf etdirən 11 açıq tipli sual şagirdlər tərəfindən cavablandırıldı.