Narkomaniyaya yox deyək
Aprelin 24 – də məktəbdə yuxarı sinif şagirdlərinin iştirakı ilə “Narkomaniyaya yox deyək” adlı maarifləndirici tədbir keçirildi. Tədbirdə Binəqədi rayon Polis İdarəsinin şəxsi heyət üzrə rəis müavini polis polkovnik leytinantı Vüsal Rüstəmov, Binəqədi rayon Veteranlar şurasının sədri Zakir Əhmədov və Binəqədi rayon Polis İdarəsinin əməkdaşları iştirak etdilər.
Çıxış edənlər narkomaniya, onun doğurduğu fəsadlar, zərərli vərdişlər və onlara qarşı mübarizədən danışdılar.
Şagirdlərin hazırladıqları narkotikin insan orqanizminə məhvedici təsiri, törətdiyi bəlalar və sağlamlığa ziyanını təsvir edən səhnələri tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırıldı.