Evdə təhsil alan şagirdlərin valideynləri ilə görüş
Aprelin 18 – də evdə təhsil alan şagirdlərin valideynləri ilə məktəb rəhbərliyi və fənn müəllimlərinin görüşü keçirildi.
Görüşün təşəbbüskarı olan məktəbin direktoru Tünzalə Zeynalova valideynlərə xüsusi təhsilin məqsədindən, sağlamlıq imkanları məhdud olan şagirdlərə zəruri bilik, bacarıq və vərdişləri aşılamaqla onların cəmiyyətə uyğunlaşdırılması üçün irəli gələn görülmüş işlərdən və qarşıda duran vəzifələrdən söhbət açdı. O, qeyd etdi ki, məktəb üzrə evdə təhsilə cəlb edilmiş 16 şagirdlə 34 müəllim məşğul olur. Hər bir şagirdə xüsusi qayğı ilə yanaşan müəllimlər öz üzərlərinə düşən işin məsuliyyətini dərk edərək vəzifələrini layiqincə yerinə yetirirlər.
Evdə təhsilə cəlb edilmiş şagirdlərin valideynlərinin fikir və təklifləri dinlənildi. Fənn müəllimləri və evdə təhsilin tədrisinə nəzarət edən direktor müavininin çıxışları ətrafında müzakirələr aparıldı.
Görüşün sonunda evdə təhsilə cəlb edilmiş şagirdlərin valideynləri məktəb rəhbərliyinə və fənn müəllimlərinə göstərdikləri qayğıya görə öz təşəkkürlərini bildirdilər.