Tarixi hadisələrin düzgün təbliği

Martın 29 – da məktəbdə “31 Mart – Azərbaycanlıların soyqırım günü”nə həsr olunmuş dəyirmi masa keçirildi. Tədbir Azərbaycan dövlət himninin səslənməsi ilə başladı. Soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Çıxış edən məruzəçilər Azərbaycan xalqına qarşı törədilmiş bu soyqırımın əsl məqsədlərini və erməni vandalizminin törətdiyi vəhşiliklər haqqında geniş məlumat verdilər.
Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin 26 mart 1998 – ci il tarixli Sərəncamı ilə “31 Mart Azərbaycanlıların Soyqırımı Günü” kimi qeyd olunmasının əhəmiyyəti dəyərləndirildi.