Novruz tonqalı

Martın 17 – də məktəbin rus bölməsinin ibtidai sinif müəllimi Günay Əşrəfovanın 3 e sinif şagirdləri ilə  hazırladığı  “Novruz tonqalı” adlı tədbir keçirildi. Novruz bayramının atributlarını özündə əks etdirən dekorsiyalar tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı. Şagirdlərin səhnələşdirdikləri səhnəciklər, söylədikləri şeirlər bayramın bütün adət – ənənələrini özündə əks etdirirdi. Tədbirin ən təqdirəlayiq tərəflərindən biri də şagirdlərin səhnəni valideynləri ilə birgə bölüşmələri oldu.

Sonda çıxış edən məktəbin direktoru Tünzalə Zeynalova rəngarəng və maraqlı təqdimatları üçün bütün iştirakçılara təşəkkürünü bildirdi, onları qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi