IX siniflərdə diaqnostik qiymətləndirmə

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən təşkil olunan “Məktəb seminarları”nda zəif təlim göstəricisi olan şagirdlərin müəyyən olunması və onlarla məqsədyönlü işin aparılması məqsədilə martın 15 – də məktəbdə diaqnostik qiymətləndirmə keçirildi.
Diaqnostik qiymətləndirmədə IX siniflərdə təhsil alan bütün şagirdlərin iştirakı təmin olundu. Riyaziyyat, Ana dili və İngilis dili fənni üzrə şagirdlərə təqdim olunmuş 90 test sualı ümumilikdə 150 dəqiqə ərzində cavablandırıldı. Məktəb rəhbərliyi diaqnostik qiymətləndirmənin düzgün və şəffaf keçirilməsini təmin etdi.