Qadın gülərsə.....

Məktəbin müəllim, valideyn, şagird heyətinin iştirakı ilə gənclərə, o cümlədən, qızlara milli – mənəvi dəyərlərin təbliğində müəllimlərin və anaların birgə rolunun müstəsnalığını qeyd etmək məqsədilə “Qadın gülərsə......” adlı ədəbi – bədii tədbir keçirildi. Tədbirdə övladın analara, nənələrə məhəbbətini ifadə edən şeir və mahnıları, rəqsləri ilə yanaşı, müəllimlərin “Anaların övladına yanaşma tərzinin daha mükəmməl olması” mövzusunda hazırladıqları kompozisiyalar, sazda ifa edən valideynin müşayiəti ilə övladının şeir söyləməsi alqışlarla qarşılandı.

Sonda valideynlər “Analar tanıyacaqmı?” yarışında iştirak etdilər. 123 şagird arasında aparılmış “Anama məktub” müsabiqəsinin nəticələri də elan edildi.

Məktəbin direktoru Tünzalə Zeynalova tədbir iştirakçılarını təbrik etdi, bütün qadınlara sevinc, xoşbəxtlik və səadət dolu günlər arzuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi