İlk dərslər - Xocalı faciəsi

Azərbaycan xalqı və dövləti Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaqdır. Ümummilli lider Heydər Əliyevin 1994 – cü il 1 mart tarixli fərmanı ilə  26 fevral “Xocalı soyqırımı və milli matəm günü” elan olunmuşdur.  Ölkəmizin paytaxtı Bakı şəhərində Xocalı qurbanlarının xatirəsinə bir abidə ucalır. Abidə rəmzi məna daşıyır.  Burada arzuları gözündə qalan balasını başı üstünə qaldıran ananın fərayadı təsvir olunub. Bu vətən rəmzi olan ananın öz övladlarına qarşı sevgisinin bir nümunəsidir.

Bu gün ölkə başçısı və Azərbaycan xalqı Xocalı şəhidlərinin xatirəsini anmaq üçün Xocalı abidəsinə doğru yürüş təşkil etmişdir. Ölkənin hər bir yerində Xocalı faciəsinin qurbanlarının xatirəsi yad edilir.

Şagirdlərimizə Azərbaycan xalqının Şanlı tarixini, düşmən ölkənin mənfur siyasətini, işğalçılıq siyasətini çatdırmaq, Xocalı faciəsinin qurbanlarının xatirəsini yad etmək məqsədilə bu gün ilk dərslər “Xocalı” mövzusu oldu.  Elnarə Abbasovanın 5ç,  Saday  Qasımovun 8c, Şəfiqə Tağıyevanın 10b, Naidə İsayevanın 7d, Sima Camalovanın 5b, Xatirə Museyibovanın 9c, Arifə Sadıqovanın 7b,  Rəfiqə Əliyevanın 1a, Rəfiqə zeynalovanın 1ç, Nailə Mahmudovanın 2d siniflərində keçdiyi dərslərdə məktəb rəhbərliyi iştirak etdi. Müəllimlərin dərslərdə istifadə etdikləri videogörüntülər, əyani vəsaitlər, Xocalı faciəsinin dəhşətləri haqqında şagirdlərdə aydın təsəvvür yartadı. İbtidai sinif müəllimi Əsmayə Qərnayeva 2a sinif şagirdləri ilə Xocalıya həsr olunmuş tədbir keçirdi.  Tədbirdə şagirdlər Xocalı faciəsi ilə bağlı topladıqları məlumatları təqdim etdilər, şeirlər söyləyib vətənpərvərlik mövzusunda mahnılar ifa etdilər. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi