Xocalı fəryadı
Fevralın 25 – də məktəb kitabxanasında Xocalı soyqırımının 27 – ci ildönümü ilə əlaqədar Mirvarid Dilbazinin “Xocalı fəryadı” pyesinin müzakirəsi keçirildi. Tədbir Xocalı şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
Şagirdlər “Xocalı fəryadı” pyesindən ədəbi bədii kompozisiya təqdim etməklə təqdim etməklə o gecənin necə də dəhşətli olduğunu iştirakçalara çatdırdılar. Müzakirədə şagirdlər pyesdəki hadisələri, əsərlə bağlı öz rəylərini, fikirlərini müzakirə etdilər.
Sonda Xocalı faciəsinin həqiqətlərini əks etdirən sənədli film izləndi.