Xocalısız 27 il
Fevralın 22 – də Xocalı soyqırımının 27 ci ildönümünün qeyd olunması ilə əlaqədar tədbir keçirildi. Tədbirdə məktəbin müəllim, şagird heyəti ilə yanaşı, rayon fəalları, valideynlər də iştirak etdilər.
Məktəbin V sinif şagirdləri tərəfindən hazırlanmış ədəbi – bədii kompozisiyalar, şeirlər səsləndirildi, səhnəciklər, videoçarxlar tədbir iştirakçılarına təqdim olundu. İngilis və rus dillərində səsləndirilən şüarlar tamaşaçılar tərəfindən maraqla qarşılandı.
Məktəbin direktoru Tünzalə Zeynalova Xocalı soyqırımının Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrindən biri kimi daxil olduğunu, insanlıq tarixinə kütləvi terror aktlarından biri kimi yazıldığını tədbir iştirakçılarına çatdırdı.
Tədbirin sonunda qərara alındı ki, məktəb rəhbərliyi və bir qrup müəllim “Ana fəryadı” abidəsini ziyarət etsinlər.